AZƏRBAYCANDA MEŞƏ, TİKİNTİ MATERİALLARI VƏ MEBEL SƏNAYE SAHƏLƏRİNİN İNKİŞAFI TARİXİNDƏN (2003-2018-Cİ İLLƏR)
Received: 17-Apr-2025 Accepted: 21-Apr-2025 Published: 05-May-2025 Read PDFDownload PDF
Aytən Ş.CƏFƏRLİ
DOI:
Abstract
Məqalə Azərbaycanın sənaye tarixinin çox mühüm bir hissəsinə həsr olunmuşdur.2003– 2018-ci illəri əhatə edən bu müddət ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqa- mətində həyata keçirilən dövlət siyasəti çərçivəsində mebel və tikinti sənayesi sahələrində mühüm irəliləyişlər müşahidə olunmuşdur. Xüsusilə mebel sənayesində «Saloğlu», «Embawo- od», «Gəmiqaya», «M-Line» kimi yerli brendlərin fəaliyyətə başlaması və xarici bazarlara çıx- ması, mebel sərgilərinin təşkili, dövlət dəstəyi və investisiyalar bu sahənin sürətli inkişafına zə- min yaratmışdır. Məqalənin ən mühüm yeniliklərindən biri Azərbaycanın qeyri-neft sektorunda meşə və tikinti sənayesinin xüsusi çəkisinin araşdırılması olmuşdur.
Mebellə yanaşı olaraq, tikinti sənaye sahəsində də «Qaradağ Sement», «Holcim– Azərbaycan», «Azbetonid» kimi nəhəng yerli kapitala əsaslanan müəssisələrin yaradılması, müasir texnologiyaların tətbiqi və daxili tələbatın ödənilməsi ilə yanaşı, regional iqtisadiy- yatın inkişafına da ciddi töhfə vermişdir. Dövlətin yerli sahibkarlara verdiyi dəstək nəticə- sində bu sahələrdə minlərlə insan daimi işlə təmin olunmuş, iqtisadiyyatın dayanıqlı və şa- xələndirilmiş inkişafı təmin edilmişdir.
Bu dövr ərzində mebel və tikinti sənayeləri Azərbaycanın qeyri-neft iqtisadiyyatının di- namik aparıcı sahələrindən birinə çevrildi. Bu sahələrin inkişafı minlərlə yeni iş yeri yaratmaqla yanaşı, ölkənin ixrac potensialını gücləndirdi və regional inkişafın mühüm dayağı oldu.