Humanitar elmlər seriyası
NEWS OF BAKU UNIVERSITY
Humanitar elmlər seriyası
TÜRK ƏDƏBİYYATINDA VƏZN VƏ YENİ DİL MÜBAHİSƏLƏRİ
Received: 25-Dec-2024 Accepted: 17-Apr-2025 Published: 05-May-2025 Read PDF Download PDF
Xuraman A. QƏDİMOVA
DOI:
Abstract
İstanbulun Gülhanə parkında 1839-cu ildə “Hatt-ı Şerif”in (Padşah yazısı) oxunma- sı – Tənzimatın elan edilməsi ilə yeni dövrə qədəm qoyan, çoxəsrlik milli və dini dəyərlər zəminində inkişaf etmiş türk ədəbiyyatında qərbləşmə prosesinə təkan verən böyük bir can- lanma yarandı. Bəzilərinin “Edebiyat-ı Cedide” adlandırdığı bu prosesə paralel olaraq ədəbi dairələrdə fərqli mübahisələr 1860-cı illərdən sonra daha da geniş vüsət aldı. Ziyalı- ların böyük coşqu ilə girişdiyi, bir-biriləruinə isbatlamağa çalışdığı və təcrübələrini sərgi- lədikləri bu mühabisələrin ədəbiyyat tarixində silinməz iz buraxanları heç şübhəsiz ki, “Aruz-Hece” və “Yeni Lisan” mübahisələri olmuşdur. Mübahisələrin başlıca mövzusu klassik ədəbiyyatda istifadə edilən əruz vəzni ilə xalq ədəbiyyatının ölçü vahidi hesab olunan heca vəzni idi. Bu mübahisə eyni zamanda os- manlıcanın ərəb və fars sözlərindən təmizlənməsi, yeni-yeni türk dili yaradılması fikrini də dəstəkləyirdi. Əslində poeziyada sillabik və kvantitativ olçü məsələsi müxtəlif dövrlərdə re- gionun digər ölkələrində, o cümlədən Azərbaycanda da şiddətli xarakter almışdı. Ancaq araşdırmalar göstərir ki, poeziyaya fərqli baxışların nəticəsi kimi meydana çıxan bu proses Türkiyədə daha kəskin xarakter daşımış, hətta opponentlərin bir-birini bəzən açıq-aydın şə- kildə qırıcı həcvlər yazıb təhqir etməsinə belə gətirib çıxarmışdır. Uzun illər davam edən bu mübahisələrə Hüseyin Cahit Yalçın, Rıza Tevfik, Ömer Naci Emin, Fuad Köprülü, Yakup Kadri kimi aydınlar da qoşulmuş, problemdən çıxış üçün fərqli fikirlər irəli sürmüş, bunları əsaslandırmağa çalışmışlar. Məqalədə Türkiyə qaynaq- ları əsasında həmin prosesin gedişi və xarakteri araşdırılmışdır.

Other articles

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Journal browser
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>