Humanitar elmlər seriyası
NEWS OF BAKU UNIVERSITY
Humanitar elmlər seriyası
AZƏRBAYCAN-FRANSA MÜNASİBƏTLƏRİ (1991-2025): VƏTƏN TARİXŞÜNASLIĞI PRİZMASINDAN TƏHLİL
Received: 09-Apr-2025 Accepted: 28-Apr-2025 Published: 05-May-2025 Read PDF Download PDF
Balamirzə A.MƏMMƏDLİ
DOI:
Abstract
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onun xarici siyasət kursunun prioritet istiqamətlərindən birini beynəlxalq münasibətlər sistemində mühüm yer tutan və Qərbi Avropanın əsas dövlətlərindən biri olan Fransa Respublikası ilə münasibətlər təşkil etməyə başladı. Zəngin tarixə, inkişaf etmiş iqtisadiyyata malik olan Fransa müasir dövrdə dünyanın böyük güclərindən biri kimi təsnif olunur. Avropa İttifaqı, G7 və NATO-nun, habelə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransa Avropada nüvə silahına sahib olan iki ölkədən biri (digəri Böyük Britaniyadır) kimi güclü hərbi-siyasi potensiala malik dövlətdir. Müasir dövrdə Fransanın iştirakı olmadan Avropa məkanında hər hansısa mühüm bir siyasi, yaxud geosiyasi problemin həlli mümkünsüzdür. Bu səbəbdən, Fransa ilə siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələrdə uğurlu müna- sibətlər yaratmaq elə ilk dönəmlərdən Azərbaycan Respublikasının xarici siyasət prioretlə- rindən birini təşkil edir. Vətən tarixşünaslığında Azərbaycan-Fransa münasibətləri prob- lemi bir çox müəlliflərin əsərlərində tədqiqat obyekti olmuş və müxtəlif aspektlərdə araş- dırılmışdır. Problemin tədqiqatçıları sırasında M.Qasımlı, Ə.Abdullayev, Ə.Həsənov, V.Ab- dullayev, Ə.Əliyev, X.Hacıyeva, Z.Adıgözəlov, S.Quliyeva, Ş.Mustafayeva, İ.Musa, R.Dada- şova kimi tarixçi və politoloqların adlarını qeyd etmək olar. Məqalədə Azərbaycan-Fransa münasibətləri 1991-2025-ci illər xronoloji çərçivəsin- də, Vətən tarixşünaslığı prizmasından təhlil edilmişdir. Bu, iki ölkə arasındakı müna- sibətlərin keçdiyi tarixi inkişaf dinamikasını daha dəqiq izləmək, habelə onun gələcək pers- pektivlərini müəyyənləşdirə bilmək baxımından mühüm elmi və siyasi əhəmiyyət kəsb edir.

Other articles

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Journal browser
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>