TÜRKİYƏNİN CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ GÜRCÜSTANLA MƏDƏNİ VƏ HUMANİTAR ƏLAQƏLƏR: 2002–2021-Cİ İLLƏR ÜZRƏ TƏHLİL
Received: 05-May-2025 Accepted: 05-May-2025 Published: 05-May-2025 Read PDFDownload PDF
Hüseyn A.HÜSEYNLİ
DOI:
Abstract
Məqalədə 2002–2021-ci illər ərzində Türkiyənin Gürcüstanla mədəni və humanitar əlaqələrinin inkişafı təhlil edilir. Türkiyənin bu müddət ərzində Cənubi Qafqazın strateji əhəmiyyətli ölkəsi olan Gürcüstanla mədəniyyət, təhsil və humanitar sahələrdə müxtəlif tə- şəbbüsləri vurğulanır. Xüsusilə türk dili, mədəniyyət və sənət sahəsindəki layihələr, iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə, həmçinin regionda sabitlik və qarşılıqlı anlaş- ma mühitinin formalaşmasına töhfə vermişdir. Məqalədə bu əməkdaşlıqların təhsil sahəsin- dəki inkişafı, Gürcüstanda türk dili tədrisi, həmçinin Yunus Əmrə İnstitutunun və digər dövlət qurumlarının rolu araşdırılmaqla, həmçinin mədəni irsin qorunması sahəsindəki bir- gə layihələrə də toxunulur. Türkiyə ilə Gürcüstan arasında həyata keçirilən mədəniyyət və humanitar əməkdaşlıq, qarşılıqlı anlayışın artmasına və iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə əhəmiyyətli təsir göstərmişdir.