YASTITƏPƏ YAŞAYIŞ MƏSKƏNİNİN QƏDİM SAKİNLƏRİNİN DAŞ ƏMƏK ALƏTLƏRİ
Received: 07-Mar-2025 Accepted: 05-May-2025 Published: 05-May-2025 Read PDFDownload PDF
Şamil N. NƏCƏFOV
DOI:
Abstract
Azərbaycanın qərb bölgəsinin son tunc-erkən dəmir dövrü (e.ə. II minilliyin II yarı- sı-I minilliyin əvvəli) abidələri içərisində Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisin- dəki Yastıtəpə yaşayış məskəni mühüm yer tutur. 2010-2014-cü illərdə aparılan mövsümü arxeoloji qazıntılar və 2023-cü ildə aparılmış yekun arxeoloji tədqiqatlar (müəllifin rəhbər- liyi ilə) nəticəsində 2,2-2,4 metrlik mədəni təbəqə yatımına malik olan yaşayış məskəninin 325 m2-lik sahəsi təbəqənin sonunadək qazılaraq tədqiq edilmiş və son tunc-erkən dəmir dövrünün zəngin maddi qalıqları üzə çıxarılmışdır. Abidənin ərazisindən çiy kərpicdən tiki- limiş ev qalıqları və yarımqazmalar, ocaq yerləri, daş alətlər və müxtəlif məzmunlu gil qab- ların hissələri, manqallar, gil möhürlər, metal məişət əşyaları, bəzək nümunələri və s. tapıl- mışdır. Daş alətlərin çoxluğu Yastıtəpənin qədim sakinlərinin təsərrüfat fəaliyyətində əkin- çiliyin xüsusi önəm daşımasının göstəricisidir. Məqalədə Yastıtəpənin qədim sakinlərinin məişət və təsərrüfat həyatında işlətdikləri daş əmək alətləri, onların forma və məzmunu ba- rədə danışılır.