Received: 07-Feb-2025 Accepted: 21-Apr-2025 Published: 05-May-2025 Read PDFDownload PDF
Günel Ə.RƏHİMLİ
DOI:
Abstract
Səfəviyyə təriqəti şeyxlərinin siyasi hakimiyyət uğrunda apardıqları uzun mübarizə- nin uğurla nəticələnməsinin əsas səbəblərindən biri ona inanan qüvvələrin mövcudluğu ol- muşdur. Şah İsmayıl kimi bir liderin rəhbərliyi və qızılbaş ideologiyasına sadiq qüvvələrin birliyi nəticəsində Səfəvilərin şeyxlikdən başlayaraq apardıqları mübarizə şahlığın qurul- ması ilə yekunlaşmışdır. Bu qələbədə xüsusi rol oynamış Qızılbaş türkman tayfalarının fəa- liyyətinin araşdırılması isə Azərbaycan tarixinin az tədqiq edilmiş bir mövzusuna işıq sala- caqdır. Məqaləmizdə Qızılbaş türkman tayfalarının fəaliyyəti, mənbələrin və tarixşünaslıq əsərlərinin analizi, təhlili və müqayisəsi əsasında tədqiq edilmişdir.