AZƏRBAYCAN MƏTBƏXİ MADDİ MƏDƏNİYYƏTİN TƏRKİB HİSSƏSİ KİMİ (Azərbaycanın qərb bölgəsi materialları əsasında)
Received: 09-Dec-2025 Accepted: 18-Dec-2025 Published: 28-Dec-2025 Read PDFDownload PDF
Fəxriyyə H. Həvilova*
DOI: https://doi.org/10.30546/458901.2025.04.3016
Abstract
Azərbaycan milli mətbəxinin tarixi xalqımızın tarixi qədər qədimdir. Mətbəximiz öz
zənginliyi və özünəməxsusluğuna görə bütün dünyada məşhurdur. Azərbaycan milli mətbəxi
təkcə xörəklər, onların müxtəlifliyi, hazırlanma texnologiyasının öyrənilməsi baxımından
deyil, həm də maddi mədəniyyətin tərkib hissəsi kimi araşdırılır. Müasir dövrdə Azərbaycan
kulinariyasında xörəklərin qədim üsullarının spesifik xüsusiyyətləri bütün bölgə əhalisində
olduğu kimi, qərb bölgəsi əhalisinin mətbəxində də qorunub saxlanılmışdır. Qərb bölgəsinin
maddi mədəniyyətini əks etdirən yeməklərin elmi etnoqrafik təhlilindən belə nəticəyə
gəlmək olar ki, göstərilən nümunələrin hər biri,bəzi bölgəyə müvafiq lokal fərqliliklər və
spesifik xüsusiyyətlər nəzərə alınmasa ümum-Azərbaycan tipindədir və ümumtürk mədəniyyətinin
tərkib hissəsini təşkil edir.