AZƏRBAYCANDA HAVA NƏQLİYYATININ İNKİŞAF TARİXİ (1969-1982-Cİ İLLƏR)
Received: 06-Dec-2025 Accepted: 12-Dec-2025 Published: 28-Dec-2025 Read PDFDownload PDF
İlqar H.Abdullayev
DOI: https://doi.org/10.30546/458901.2025.04.3029
Abstract
Bu məqalədə Azərbaycanda H.Əliyevin hakimiyyətə gəlməsinə qədər aviasiya sahəsində işlərin arzu olunan səviyyədə olmamasından, bu sahədəki rəqəmlərin Ümumittifaq göstəricilərindən geri qalmasından, 1969-cu ildə H.Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra isə burada başlanmış inkişafdan danışılır. Azərbaycanda müasir mülki və hərbi aviasiya infrastrukturunun yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və s.
kimi çox çətin və vacib işlərin həyata keçirilməsi də burada öz əksini tapmışdır. Həmin dövr aeroport və aerodromlarda hava hərəkətini idarə edən daha mükəmməl sistemlə - qabaqcıl dünya standartlarına yaxınlaşan EHM-in 3-cü nəslinin bazasında təchiz edilməsi mərhələsi kimi də xarakterizə edilir.