BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Sosial-siyasi elmlər seriyası
AZƏRBAYCANDA MEYVƏÇİLİYİN VƏZİYYƏTİ VƏ MEYVƏ İXRACATININ PROQNOZLAŞDIRILMASI
Received: 15-Sep-2024 Accepted: 16-Oct-2024 Published: 15-Dec-2024 Read PDFDownload PDF
F.Ə.MİRZƏYEV; A.B.ABBASOVA
DOI:
Abstract
Məqalədə son illərdə ölkəmizdə meyvəçiliyin vəziyyəti və inkişafı təhlil olunmuşdur. Alınmış nəticələrə görə deyə bilərik ki, meyvəçilik ixracı dəyərdən düşmüşdür. Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytında təqdim edilən və 1994-2022-ci illəri əhatə edən meyvəçilik üzrə ixrac məlumatlarından istifadə edilmişdir. Jarque-Bera statistikası və müvafiq ehtimal dəyərinin 0.05-dən böyük olması səbəbi ilə, meyvəçilik ixracının normal paylanmaya sahib olduğunu demək olar. Göstərilmişdir ki, ARIMA modeli kifayət qədər yaxşı proqnoz qabiliyyətinə malik olmadığından meyvə ixracı sırasında olan dalğalanmaları diqqətə almaq məqsədi ilə meyvəçilik ixracının proqnozlaşdırılmasında qiymətləndirilməni Furye ARİMA metodu ilə aparmaq olar.