BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Sosial-siyasi elmlər seriyası
ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ ZAMANI HÜQUQİ TƏMİNATLAR
Received: 12-Nov-2024 Accepted: 12-Sep-2024 Published: 15-Dec-2024 Read PDFDownload PDF
E.V.MAHMUDOV
DOI:
Abstract
Məqalədə AR-in qüvvədə olan əmək qanunvericiliyi əsasında əmək müqaviləsinə xitam verilməsi zamanı hüquqi təminatlarla əlaqədar məsələlər ətraflı təhlil olunur. Qeyd olunur ki, AR ƏM-in 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin konkret əsaslarının siyahısının təsbiti işdən əsassız çıxarılmaya qarşı təminatlardan biridir. Digər tərəfdən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün müəyyən edilən əsasların mövcudluğu və dolğun xarakterə malik olması, işəgötürənin təşəbbüsü ilə əsassız işdən çıxarılmadan işçinin təminatı kimi çıxış edir. Göstərilən təminatlara əməl olunmadıqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qanunsuz və əsassız hesab edilir. Məqalədə işəgötürən tərəfindən əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsi ilə ləğvi zamanı əmək qanunvericiliyində, konkret olaraq 71, 76, 77 və 79-cu maddələrdə təsbit olunmuş hüquqi təminatlar tədqiq olunaraq belə bir nəticəyə gəlinmişdir ki, işdən çıxarılan zaman işçilərin hüquqlarının müdafiəsinin təsirli hüquqi mexanizmi işlənib hazırlanmamışdır və bu səbəbdən işəgötürənlər bir sıra hallarda əmək müqaviləsinə xitam verilməsi zamanı işçilərin hüquqlarının təminatlarına məhəl qoymurlar. Bu istiqamətdə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üçün konkret təkliflər irəli sürülmüşdür.