Sosial-siyasi elmlər seriyası
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Sosial-siyasi elmlər seriyası
ÇİN XALQ RESPULİKASININ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ SİYASƏTİ VƏ BU SAHƏDƏKİ UĞURLU TƏCRÜBƏSİ
Received: 27-Nov-2024 Accepted: 05-Dec-2024 Published: 15-Dec-2024 Read PDF Download PDF
A.M.MƏMMƏDOVA
DOI:
Abstract
Çin Xalq Respublikasında ərzaq təhlükəsizliyi məsələləri yalnız yerli kontekstdə deyil, həm də qlobal ərzaq təhlükəsizliyi ilə də sıx bağlıdır. Bu mövzu həm daxili siyasətdə, həm də beynəlxalq əlaqələrdə mühüm əhəmiyyət kəsb edir. Çində ərzaq təhlükəsizliyi məsələsi həm hökumətin, həm də ictimaiyyətin diqqət mərkəzində olan ən mühüm məsələlərdən biridir. ÇXR dünyanın ən böyük əhali kütləsinə sahib olmaqla yanaşı, həm də böyük kənd təsərrüfatı ölkəsidir. Bu səbəbdən də, ərzaq təhlükəsizliyi ölkənin davamlı inkişafı və ictimai sabitliyi üçün həyati əhəmiyyət kəsb edir. Hazırkı dövrdə ərzaq təhlükəsizliyi məsələsi qlobal problem olduğundan ÇXR-də də bu məsələ ilə bağlı müxtəlif iqtisadi, ekoloji və sosial faktorlardan qaynaqlanan bir sıra problemlər mövcuddur və bunlar ölkənin ərzaq təminatında davamlılıq yaratmaq üçün ciddi maneələr törədir. Müasir dövrdə ölkə həm də kənd təsərrüfatı üçün lazım olan torpaq və su resurslarının məhdudluğu ilə üzləşir. Digər tərəfdən, içməli suyun qıtlığı, mövcud su ehtiyatlarının tez-tez müxtəlif səbəblərdən çirkləndirilməsi bir sıra ciddi sosial problemlərə gətirib çıxarır. Müasir dövrdə Çin hökumətinin qarşısında duran ən vacib problemlərdən biri də ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyi məsələsidir ki, məqalədə buna xüsusi diqqət yetirilmişdir. Eyni zamanda adıçəkilən problemlərlə əlaqədar görülən tədbirlər, qəbul edilən qanunvericilik aktları araşdırılmış və ölkəmizdə də qida israfçılığının qarşısının alınması üçün bu ölkənin təcrübəsindən yararlanmağın faydaları əsaslandırılmışdır. Mövzunun tədqiqi üçün məzmun analizi, müqayisə, həmçinin fənlərarası yanaşma metodlarından istifadə olunmuşdur

Digər məqalələr

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Jurnal seçimi
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>