Bakı universitetinin xəbərləri: Sosial-siyasi elmlər jurnalı ildə 4 dəfə dərc olunur. Jurnalda Azərbaycan, rus və ingilis dillərində, hüquq sahəsini bütövlükdə, fəlsəfə, iqtisadiyyat, psixologiya, sosiologiya, polotologiya və digər sahələrə həsr olunmuş, əvvəllər dərc оlunmamış məlumat, tədqiqat və icmal xarakterli məqalələr çap edilir. Jurnalda məqalə dərc emək üçün müəlliflərdən çap haqqı tələb olunmur, məqalələrə baxış sərbəst və ödənişsizdir. Jurnalda həmçinin konfrans materialları dərc olunur. Jurnalda məqalələr ən azı 2 dəfə rəydən keçdikdən sonra dərc olunur. Çap olunan bütün məqalələr jurnalın saytında arxiv bölməsində saxlanılır.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən elmi nəşrlərin siyahısına daxildir (http://www.aak.gov.az/jurnals/jurnals_2020.php).