BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Sosial-siyasi elmlər seriyası
ƏMTƏƏ NİŞANLARINDAN QANUNSUZ İSTİFADƏ ETMƏ HAQSIZ RƏQABƏTƏ SƏBƏB OLAN CİNAYƏT ƏMƏLLƏRİNDƏN BİRİ KİMİ
Received: 06-Aug-2024 Accepted: 26-Sep-2024 Published: 15-Dec-2024 Read PDFDownload PDF
H.R.HÜSEYNZADƏ
DOI:
Abstract
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin İqtisadi fəaliyyət sahəsində olan cinayətlər Fəslində yer alan əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayəti, xüsusilə seçilir. Haqsız rəqabətin yaranmasına səbəb olan əməllərdən biri kimi əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətinin tövsifi və cinayət-hüquqi xüsusiyyətlərinin təhlili müasir dövrdə cinayət hüququnun ən aktual məsələlərindən biridir. Bu məqalədə haqsız rəqabətə səbəb olan əməllərdən biri kimi əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətinin Cinayət Məcəlləsindəki yeri və cinayət-hüquqi xüsusiyyətləri məsələlərinə nəzər salınacaqdır.