NEWS OF BAKU UNIVERSITY
Sosial-siyasi elmlər seriyası
QARABAĞIN MƏDƏNİ İRSİ
Received: 25-Sep-2024 Accepted: 26-Nov-2024 Published: 15-Dec-2024 Read PDFDownload PDF
Z.Q.ƏSGƏROVA ; A.M.MƏMMƏDOVA
DOI:
Abstract
Qarabağda bir əsrə yaxın müddətdə aparılan arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, bu bölgədə yaşamış əhali qədim dövrlərdən başlayaraq, mədəniyyət tariximizin demək olar ki, bütün dövrlərindən keçmiş, inkişaf etmiş, hər zaman sayılıb seçilmişlər. Qarabağın qədim tarixi-mədəni təkamülünü təsdiqləyən, yüzlərlə nadir sənət əsərləri Azərbaycan mədəniyyəti və incəsənətinin aparıcı və ayrılmaz tərkib hissəsini təşkil edir. Arxeoloji qazıntılarda nəticəsində aşkar edilmiş maddi- mədəniyyət nümunələri Qarabağın etno-mədəni mühitini, əhalinin sosial- iqtisadi səviyyəsini, məişət şəraitini, bir sözlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixinin təkamülünü hərtərəfli əks etdirir.