Humanitar elmlər seriyası
NEWS OF BAKU UNIVERSITY
Humanitar elmlər seriyası
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK SİYASƏTİNDƏ MİLLİ ORDU QURUCULUĞU MƏSƏLƏLƏRİ
Received: 22-May-2025 Accepted: 28-Jun-2025 Published: 23-Sep-2025 Read PDF Download PDF
Kəmalə İ. MƏMMƏDOVA
DOI: https://doi.org/10.30546/458901.2025.03.2016
Abstract
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövlətinin 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində üzləşdiyi bir sıra ictimai-siyasi sarsıntılar, Ermənistanın ədalətsiz ərazi iddiaları və hərbi təcavüzü nəticəsində 1991-1993-cü illərdə erməni silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, 1992-ci ildə Rusiyanın 366-cı motoatıcı alayının da iştirakı ilə törədilən Xocalı soyqırımı və s. faciələr fonunda xalqın müstəqilliyini və ölkənin ərazi bütövlüyünü qorumağa qadir olan ordunun formalaşdırılması ilə bağlı məsələlər nəzərdən keçirilir.Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət quruculuğu siyasətində dövlətçilik tarixində hər zaman prioritet məsələlərdən biri olan ordu quruculuğu ilə bağlı həyata keçirdiyi yorulmaz fəaliyyəti işıqlandırılır, böyük təşkilatçılıq qabiliyyəti sayəsində həyata keçirdiyi uzaqgörən tədbirlərin məntiqi yekunu kimi əldə olunan uğurlar qeyd edilir. Bu uğurların onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən və Ali Baş Komandanın başçılığı altında böyük qəhrəmanlıqlar və şücaət göstərən qüdrətli Ordumuzun erməni işğalçılarını torpaqlarımızdan qovaraq, xalqımızın tarixinə qızıl hərflərlə şanlı Zəfər salnaməsi yazmalarından bəhs edilir. Eyni zamanda məqalədə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərb tarixi ilə bağlı irsinin araşdırılmasının, XX əsrin 90-cı illərinin ortalarından bugünədək Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın ordu quruculuğundakı fəaliyyətlərinin və nailiyyətlərinin tədqiqata cəlb edilməsinin, təhlil edilməsinin, nəticə olaraq ortaya çıxan həqiqətlərin dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasının qarşıda duran mühüm vəzifələrdən biri olması fikri irəli sürülür.

Other articles

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Journal browser
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>