BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK SİYASƏTİNDƏ MİLLİ ORDU QURUCULUĞU MƏSƏLƏLƏRİ
Received: 22-May-2025 Accepted: 28-Jun-2025 Published: 23-Sep-2025 Read PDFDownload PDF
Kəmalə İ. MƏMMƏDOVA
DOI: https://doi.org/10.30546/458901.2025.03.2016
Abstract
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövlətinin
1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində üzləşdiyi bir sıra ictimai-siyasi sarsıntılar,
Ermənistanın ədalətsiz ərazi iddiaları və hərbi təcavüzü nəticəsində 1991-1993-cü illərdə
erməni silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, 1992-ci ildə
Rusiyanın 366-cı motoatıcı alayının da iştirakı ilə törədilən Xocalı soyqırımı və s. faciələr
fonunda xalqın müstəqilliyini və ölkənin ərazi bütövlüyünü qorumağa qadir olan ordunun
formalaşdırılması ilə bağlı məsələlər nəzərdən keçirilir.Ümummilli lider Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət quruculuğu siyasətində
dövlətçilik tarixində hər zaman prioritet məsələlərdən biri olan ordu quruculuğu ilə bağlı
həyata keçirdiyi yorulmaz fəaliyyəti işıqlandırılır, böyük təşkilatçılıq qabiliyyəti sayəsində
həyata keçirdiyi uzaqgörən tədbirlərin məntiqi yekunu kimi əldə olunan uğurlar qeyd edilir.
Bu uğurların onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən layiqincə davam etdirilməsindən və Ali Baş Komandanın başçılığı
altında böyük qəhrəmanlıqlar və şücaət göstərən qüdrətli Ordumuzun erməni işğalçılarını
torpaqlarımızdan qovaraq, xalqımızın tarixinə qızıl hərflərlə şanlı Zəfər salnaməsi yazmalarından
bəhs edilir. Eyni zamanda məqalədə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın
hərb tarixi ilə bağlı irsinin araşdırılmasının, XX əsrin 90-cı illərinin ortalarından
bugünədək Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın ordu quruculuğundakı fəaliyyətlərinin
və nailiyyətlərinin tədqiqata cəlb edilməsinin, təhlil edilməsinin, nəticə olaraq
ortaya çıxan həqiqətlərin dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasının qarşıda
duran mühüm vəzifələrdən biri olması fikri irəli sürülür.