Humanitar elmlər seriyası
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası
ELXANİLƏR DÖVRÜNDƏ SİKKƏLƏRDƏ ŞİƏ İDEOLOGİYASININ SEMİOTİK VƏ SAKRAL KODLARI ( FARSDİLLİ MƏNBƏLƏR VƏ REGİONAL NUMİZMATİK MATERİALLAR ƏSASINDA)
Received: 13-Oct-2025 Accepted: 16-Oct-2025 Published: 04-Nov-2025 Read PDF Download PDF
Qanira Ə.PİRQULİYEVA
DOI: https://doi.org/10.30546/458901.2025.03.2024
Abstract
Elxanilər dövründə (XIII–XIV əsrlər) zərb edilmiş sikkələrdə əks olunan şiə ideoloji elementlərin semiotik və sakral mahiyyəti İranın farsdilli elmi ədəbiyyatı və Azərbaycan– İran regionundan aşkar edilmiş numizmatik materialların müqayisəli təhlili əsasında araşdırılır. Tədqiqatın məqsədi Elxani sikkələrinin yalnız maliyyə dövriyyəsi aləti kimi deyil, imamət ideologiyasının ilkin legitimləşmə mexanizmlərindən biri kimi çıxış etdiyini elmi əsaslarla göstərməkdir. Məqalədə Qazan xan mərhələsində başlanmış epiqrafik transformasiyanın Olcaytu (Məhəmməd Xudabəndə) dövründə sistemli xarakter aldığı, Əbu Səid dövründə isə zərbxana şəbəkəsi vasitəsilə geniş coğrafiyaya yayıldığı əsaslandırılır. Sikkələrdə “Əli – Allahın vəlisi”, “12 imam”, “Sahib əz-Zaman” kimi formulların və onlara bağlı işarəvi kodların (əlif dominantlığı, nöqtə–xətt kombinasiyaları və s.) məna qatları təhlil edilir. Nəticələr göstərir ki, Elxani monetar semiotikası sonrakı Səfəvi dövründə formalaşacaq sakral-numizmatik ənənənin ideoloji bazasını yaratmışdır.

Digər məqalələr

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Jurnal seçimi
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>