ELXANİLƏR DÖVRÜNDƏ SİKKƏLƏRDƏ ŞİƏ İDEOLOGİYASININ SEMİOTİK VƏ SAKRAL KODLARI ( FARSDİLLİ MƏNBƏLƏR VƏ REGİONAL NUMİZMATİK MATERİALLAR ƏSASINDA)
Received: 13-Oct-2025 Accepted: 16-Oct-2025 Published: 04-Nov-2025 Read PDFDownload PDF
Qanira Ə.PİRQULİYEVA
DOI: https://doi.org/10.30546/458901.2025.03.2024
Abstract
Elxanilər dövründə (XIII–XIV əsrlər) zərb edilmiş sikkələrdə əks olunan şiə ideoloji
elementlərin semiotik və sakral mahiyyəti İranın farsdilli elmi ədəbiyyatı və Azərbaycan–
İran regionundan aşkar edilmiş numizmatik materialların müqayisəli təhlili əsasında
araşdırılır. Tədqiqatın məqsədi Elxani sikkələrinin yalnız maliyyə dövriyyəsi aləti kimi deyil,
imamət ideologiyasının ilkin legitimləşmə mexanizmlərindən biri kimi çıxış etdiyini elmi
əsaslarla göstərməkdir. Məqalədə Qazan xan mərhələsində başlanmış epiqrafik transformasiyanın
Olcaytu (Məhəmməd Xudabəndə) dövründə sistemli xarakter aldığı, Əbu Səid
dövründə isə zərbxana şəbəkəsi vasitəsilə geniş coğrafiyaya yayıldığı əsaslandırılır. Sikkələrdə
“Əli – Allahın vəlisi”, “12 imam”, “Sahib əz-Zaman” kimi formulların və onlara
bağlı işarəvi kodların (əlif dominantlığı, nöqtə–xətt kombinasiyaları və s.) məna qatları
təhlil edilir. Nəticələr göstərir ki, Elxani monetar semiotikası sonrakı Səfəvi dövründə formalaşacaq
sakral-numizmatik ənənənin ideoloji bazasını yaratmışdır.