BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası
AZƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİNİN MÜSTƏQİL SİKKƏLƏRİ
Received: 06-Nov-2025 Accepted: 26-Nov-2025 Published: 18-Dec-2025 Read PDFDownload PDF
Həsən Ə. ABDULLAYEV
DOI: https://doi.org/10.30546/458901.2025.03.2028
Abstract
Məqalə 1920-1921-ci illərdə Azərbaycan Respublikasının Şəmkir rayonu əra- zisində aşkar edilmiş və hal-hazırda Amerika Numizmatika Cəmiyyətinin (ANC) fondun- da mühafizə olunan Azərbaycan Atəbəylər dövlətinin hökümdarı Nüsrətəddin Əbu Bəkrin adından zərb olunmuş qızıl dinarların təhlilinə həsr olunub. Qeyd olunmalıdır ki, D.K.Koumciyan Kolumbia universitetində 1969-cu ildə müdafiə etdiyi fəlsəfə doktoru dissertasiyasında həmin sikkələrə səthi olaraq toxunsa da, onları hərtərəfli təhlil edib düzgün nəticələr irəli sürə bilməmiş, hətta bəzən sikkələrin zərb olunduğu dövrün tarixi hadisələrinə istinad edərkən tərhrifə yol vermişdir. Lakin müəllif məqalədə iddia edilən əsas fikrin, yəni Azərbaycan Atabəylərinin öz adlarından müstəqil qızıl sikkə zərb etməsi iddiası haqqında faktların əsaslandırılması üçün dövrün bir sıra dəyərli tarixi mən- bələrinə müraciət etimiş və ümumi konseptual mövqe sərgiləmişdir. Bundan başqa mə- qalədə qeyd olunan faktların gücləndirilməsi və əsaslandırılması üçün dövrün bir sıra başqa bənzər numizmatik materiallarına müraciət edilmişdir. Məqalədə müəllif mənbə- lərin təsvirini vermiş, müqayisəli-tipoloji metodlardan istifadə etmiş, həmin sikkələrin tarixi-numizmatik kontekstdə təhlilini aparmış, sikkələrin şərhinə yeni yanaşma sər- giləmişdir. Məqalə xəritə, təhlil olunan sikkələrin Ərəbcə və Azərbaycanca transkripsiya- ları, çəkiləri, ölçüləri, fotoşəkil və mövcud cizgiləri, eləcə də sikkələr haqqında məlu- matlar ilə zənginləşdirilmişdir.