Humanitar elmlər seriyası
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası
SARVANTƏPƏ YAŞAYIŞ YERİNİN GİL MƏMULATI
Received: 10-Dec-2025 Accepted: 25-Dec-2025 Published: 28-Dec-2025 Read PDF Download PDF
Şamil N. NƏCƏFOV
DOI: https://doi.org/10.30546/458901.2025.04.3013
Abstract
Sarvantəpə (Rustəpə) yaşayış yeri Qazax rayonunun Çaylı kəndində yerləşir. Bu qədim yaşayış məskəni haqqına ilk dəfə M.M. Hüseynov və T.A. Büniyadov məlumat vermişlər. 2009-cu ildə abidədə əsaslı arxeoloji tədqiqatlara başlanılmış, 2009-2014 və 2019- 2023-cü illər ərzində tədqiq edilən qazıntı sahəsi ümumilikə 300 m2 olmuşdur. Abidədə aşkar edilmiş gil məmulatları boz, qara və qəhvəyi rəngli iri və orta ölçülü məişət qablarının parçalarından, nadir hallarda isə bütöv qablardan ibarət olmuşdur. Fraqmentlər əsasən qazan tipli qara rəngli gil qabların gövdələrindən, açıq boz və açıqqırmızı rəngli manqalların hissələrindən, qəhvəyi və boz rəngli kiçik qablardan, həmçinin qulplu və qulpsuz ensiz boyunlu küpələrin qırıqlarından, kasalardan, küplərdən, yastı boşqablardan, tavalardan, stəkanlardan, gen ağızlı küplərdən, gil möhür və pintaerlərdən, butələrdən, gil qəlib fraqmentindən və s.- dən ibarət idi. Mətbəx və məişət qablarının böyük əksəriyyəti dulus çarxından istifadə edilməklə mükəmməl hazırlanmışdır. Sarvantəpədə aşkar edilmiş keramika məmulatlarının oxşarlarına bölgənin Xocalı-Gədəbəy mədəniyyətinə aid yaşayış yerləri və qəbir abidələrindən tapılan keramika nümunələri arasında, Zəyəmçay, Şəmkirçay və Gəncəçay çaylarının hövzələrində, o cümlədən Sarıtəpə, Yastıtəpə, Mollamey, Ocaqtəpə, Anquttəpə və s. yaşayış yerlərində, I və II Tovuzçay, Zəyəmçay nekropollarında geniş rast gəlinir. Sarvantəpə yaşayış yerindən əldə edilən keramika məmulatlarını müqaisəli təhlillər əsasında son tunc və erkən dəmir dövrünün xronoloji çərçivəsinə (e.ə. XIII-VIII əsrlərə) aid etmək mümkündür.

Digər məqalələr

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Jurnal seçimi
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>