Humanitar elmlər seriyası
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası
TARİXİ YADDAŞIN FORMALAŞMASINDA HƏRBİ MUZEYLƏR: AZƏRBAYCAN VƏ DÜNYA TƏCRÜBƏSİ
Received: 30-Sep-2025 Accepted: 28-Oct-2025 Published: 28-Dec-2025 Read PDF Download PDF
Səidə Z.QULİYEVA; Günel İ.ORUCƏLİYEVA
DOI: https://doi.org/10.30546/458901.2025.04.3010
Abstract
Tədqiqatda tarixi yaddaşın qorunması, milli kimliyin formalaşması və cəmiyyətin ideoloji birliyinin təşəkkülündə hərbi muzeylərin rolu təhlil olunur. Tədqiqat çərçivəsində müharibələrə dair materialların milli kimlik kontekstində təqdimatı, hərbi muzeylərin ictimai şüurun formalaşmasındakı funksiyaları və kollektiv mübarizə ruhuna təsiri, eləcə də Azərbaycanda hərbi muzey işi təcrübəsinin təhlili əsas istiqamətlər kimi müəyyən edilmişdir. Araşdırmalar göstərir ki, II Dünya müharibəsindən sonra, demək olar ki, bütün iştirakçı dövlətlər öz ərazilərində hərbi muzeylər yaratmışlar. Müharibə zamanı yaşanan hadisələri yaddaşda saxlamaq və gələcək nəsillərə ötürmək məqsədilə müxtəlif sənəd və eksponatlar muzeylərdə toplanmış, həmçinin memorial komplekslər və abidələr inşa edilmişdir. Tədqiqatda Azərbaycan və beynəlxalq təcrübə müqayisəli şəkildə təhlil olunmuşdur. Nəticə etibarilə, araşdırma göstərir ki, hərbi muzeylər yalnız tarixi yaddaşın daşıyıcısı deyil, həm də gələcək nəsillərə milli dəyərlərin ötürülməsi baxımından ideoloji və maarifləndirici platforma rolunu oynayır. Vətən müharibəsindən sonra əldə edilmiş materiallar, erməni faşizminə qarşı Azərbaycan xalqının apardığı mübarizəni və əldə olunan qələbənin simvolik mənasını nümayiş etdirmək üçün müxtəlif layihələrin həyata keçirilməsinə imkan yaratmaqdadır.

Digər məqalələr

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Jurnal seçimi
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>