BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası
BAKI TÜRKOLOJİ QURULTAYI: TARİXİ MİSSİYA VƏ YENİ ÇAĞDA DAVAMLILIQ
Received: 09-Dec-2025 Accepted: 20-Dec-2025 Published: 28-Dec-2025 Read PDFDownload PDF
Namiq Q. ƏHMƏDOV
DOI: https://doi.org/10.30546/458901.2025.04.3026
Abstract
Azərbaycanın Birinci Türkoloji Qurultaydakı rolu həm tarixi missiya, həm də müasir
dövrdə davam edən strateji xətt kimi xüsusi əhəmiyyət daşıyır. 1926-cı ildə Bakıda keçirilən bu
qurultay türk xalqlarının elmi-mədəni inteqrasiyasına yönəlmiş ilk genişmiqyaslı təşəbbüs idi və
Azərbaycan bu prosesin intellektual mərkəzinə çevrilmişdi. Ortaq əlifba, dil birliyi, elmi metodologiyanın
formalaşdırılması kimi məsələlər Bakıda müzakirə edilərək bütün türk dünyasının inkişaf
trayektoriyasına təsir göstərdi. Təqdim olunan məqalədə göstərilir ki, bu gün də Azərbaycan
Türk Dövlətləri Təşkilatı çərçivəsində həmin tarixi xətti davam etdirərək türk inteqrasiyasının
elmi, mədəni və siyasi liderlərindən biri kimi çıxış edir.