Humanitar elmlər seriyası
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası
XX ƏSRİN 30-CU İLLƏRİNDƏ KONSTİTUSİYA QANUNVERİCİLİYİNİN YENİLƏNMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
Received: 17-Mar-2025 Accepted: 07-Apr-2025 Published: 05-May-2025 Read PDF Download PDF
Xəyyam C.İSMAYILOV
DOI:
Abstract
Ölkəmizin ictimai-siyasi həyatının indiki zamanında cərəyan edən proseslər konsti- tusiyaçılıq və suverenlik ideyalarının yaranması və inkişaf etdirilməsinin, eləcə də dövləti- mizin yaxın tarixi keçmişindən başlayaraq işlənib hazırlanmış və qəbul olunmuş əsas qa- nunlarının xüsusiyyətlərinin, onların məzmun və mahiyyətinin araşdırılması zərurətini orta- ya qoyur. Azərbaycanda konstitusion-hüquqi tənzimləmənin əhəmiyyətli hissəsini əhatə edən Sovetlər dövründə qəbul edilən İttifaq və respublika konstitusiyaları, demək olar ki, ölkənin siyasi-hüquqi inkişafının müəyyən varisliyini formalaşdırmış, müvafiq hüquq sahə- lərinin normativ əsasını təşkil etmişlər. Bütün bu konstitusiyalar sosialist hüquqi düşüncəsi- nə əsaslanırdı və sosializm dəyərlərini əks etdirirdi, lakin hüquqi dövlət və vətəndaş cəmiy- yətinin özülünü təşkil edən ideyaların bir çoxu arxa plana keçirilmişdi. Məqalədə müqayi- səli-tarixi, eləcə də sənədli analiz metodlarından istifadə edilməklə XX əsrin 30-cu illərində baş verən dövləti-hüquqi proseslər və onların konstitusiya qanunvericiliyinə təsiri məsələlə- ri araşdırılır. Eyni zamanda həmin dövrdə qəbul edilən İttifaq və Respublika konstitusiyala- rında təsbit edilən müddəaların bütövlükdə Azərbaycanın hüquq sisteminin yenilənməsində- ki rolu açılıb göstərilir.

Digər məqalələr

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Jurnal seçimi
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>