BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası
TÜRK XALQLARI ƏDƏBİYYATINDA “YUSİF VƏ ZÜLEYXA” MÖVZUSU, MƏHƏMMƏD FÜZULİ NƏSRİNDƏ ONUN YERİ
Received: 24-Feb-2025 Accepted: 17-Apr-2025 Published: 05-May-2025 Read PDFDownload PDF
Lalə S.ƏLİYEVA
DOI:
Abstract
Yaxın Şərq xalqlarının şifahi ədəbiyyatında geniş yayılmış “Yusif və Züleyxa” mə- həbbət dastanının mövzusu böyük klassiklərdən Firdovsinin, Caminin yaradıcılığında ölməzlik qazanmışdır. Əlyazmaları içərisində yüzə yaxın müəllifin qələmə aldığı mövzunun zaman və məkan sərhədlərini tanımadığının şahidi oluruq. Müsəlman Şərq ədəbiyyatında Qurani-Kərim və onun təfsirləri (xüsusilə Məhəmməd peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbasın) əsas qaynaq rolunu oynamış və mövzunun yazılı ədəbiyyata gəlişinə yol açmışdır.
Suli Fəqih (XIV), Mustafa Zərir (XIV), Qul Əli (XIV), Şəms (XV), Xətayi Təbrizi, Füzuli (XVI), Azər (XVIII) məşhur mövzunu həm nəzm, həm nəsrlə qələmə almışlar. Xalq ədəbiy- yatında dastan, klassik ədəbiyyatda məsnəvi (Əlinin “Qisseyi-Yusif”i istisna olmaqla) ömrünü yaşayan qissənin ilk nümunələri Tövrat, İncil və Qurani-Kərimdə yer almışdır. Məhəmməd Füzuli sələflərindən fərqli olaraq, mövzuya özünəməxsus şəkildə yanaş- mış, təsəvvüfi-fəlsəfi, bədii keyfiyyətlərinə görə orijinal bir əsər yaratmışdır. Sənətkar ənə- nəvi süjeti əsrinin mənəvi, bədii-estetik prinsiplərinə uyğunlaşdıraraq məzmun və formaca yeni və fərqli təsir bağışlayan qissə – hekayə səviyyəsinə yüksəltmişdir. Füzulinin peyğəmbər hekayələri içərisində xüsusi yeri olan “Yusif və Züleyxa” qis- səsində ilahi eşq, ideal gözəllik mənəvi-ruhi təkamülün ən yüksək zirvəsi kimi göstərilir.