NEWS OF BAKU UNIVERSITY
Sosial-siyasi elmlər seriyası
TÜRK DÖVLƏTLƏRİ ARASINDA AZƏRBAYCAN: BİRLƏŞDİRİCİ GÜC VƏ YENİ ROLU
Received: 13-Jun-2025 Accepted: 28-Jul-2025 Published: 09-Oct-2025 Read PDFDownload PDF
G.M.QULİYEVA
DOI:
Abstract
Bu məqalə, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın Türk dövlətləri arasında oynadığı birləşdirici və strateji rolu təhlil edir. Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi potensialı, mədəni əlaqələri və diplomatik təşəbbüsləri onun Türk dünyasında artan nüfuzunu şərtləndirir. Xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regional güc kimi ortaya çıxması və bu gücünü Türk dövlətləri ilə əməkdaşlıqda effektiv şəkildə istifadə etməsi yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Məqalədə vurğulanır ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəal siyasət yürüdür və bu təşkilatın möhkəmlənməsi üçün real addımlar atır. Enerji resursları, nəqliyyat dəhlizləri (xüsusilə Zəngəzur dəhlizi perspektivi), logistika imkanları və regional sabitliyin təminində Azərbaycan mühüm körpü rolunu oynayır. Bu kontekstdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-TbilisiQars dəmir yolu və Orta Dəhliz kimi layihələr Azərbaycanın həm regional, həm də qlobal əhəmiyyətini artırır. Eyni zamanda, Azərbaycan ortaq mədəni və tarixi dəyərlərin qorunması və təşviqi istiqamətində də Türk dövlətləri ilə sıx əməkdaşlıq edir. Türk dili, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər Azərbaycanın yumşaq güc siyasətində əsas vasitəyə çevrilmişdir. Məqalənin sonunda qeyd olunur ki, Azərbaycan yalnız iqtisadi və enerji resursları baxımından deyil, həm də ideoloji və strateji baxımdan Türk dövlətləri arasında əlaqələndirici və birləşdirici qüvvəyə çevrilməkdədir. Bu, təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyasının güclənməsi və birliyinin dərinləşməsi baxımından əhəmiyyətli bir prosesdir.