Sosial-siyasi elmlər seriyası
NEWS OF BAKU UNIVERSITY
Sosial-siyasi elmlər seriyası
PROBASİYA NƏZARƏTİNDƏ OLAN MƏHKUMLARDA PATOPSİXOLOJİ SİMPTOMLARIN MÜŞAHİDƏSİ
Received: 25-Feb-2025 Accepted: 26-Mar-2025 Published: 05-May-2025 Read PDF Download PDF
S.N.ƏLİYEVA; A.S.MÜTƏLLİMZADƏ
DOI:
Abstract
Psixopatologiyalar münaqişə vəziyyətlərinin təsirinə qarşı müqaviməti azaldır, sosial faydalı şəxsiyyət xüsusiyyətlərinin inkişafına, xüsusən də onun xarici mühitə uyğunlaşmasına maneə yaradaraq, daxili nəzarət mexanizmlərin zəifləməsinə, həllərin və davranışda seçim variantlarının daralmasına, impulsiv, təsadüfi, düşünülməmiş, o cümlədən qanunsuz hərəkətlərin həyata keçirilməsinə zəmin yaradır. Bütün bunlar şəxsiyyətin inkişafına mənfi təsir göstərir və cinayətkar davranışlara səbəb ola bilər. Psixopatologiya açıq şəkildə özünü göstərmədən, gizli şəkildə baş verə bilər və başqaları tərəfindən xarakter qəribəlikləri, qeyrisabitlik, davakarlıq və s. kimi qəbul oluna bilər. Psixopatoloji simptomların mahiyyəti onların altında yatan hadisələrin patopsixoloji və patofizioloji təhlili olmadan başa düşülə bilməz və öz növbəsində, patopsixoloji təhlil subyektin dəqiq klinik təsviri olmadan da mümkün deyildir. Cinayət əməllərinin törədilməsində patopsixoloji simptomların təsirinin psixoloji mahiyyətini, psixoloji qanunauyğunluqlarını və mexanizmlərini öyrənmək zəruridir. Patopsixoloji diaqnostikanın aparılması məhkumlara göstərilən psixoloji yardımın təşkili prosesi üçün əhəmiyyətlidir. Məqalədə bir ay müddətində probasiya nəzarətində olan 34 nəfər məhkum ilə aparılan psixoloji konsultasiya zamanı onlarda müşahidə edilən patopsixoloji simptomlar təhlil edilmişdir.

Other articles

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Journal browser
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>