Sosial-siyasi elmlər seriyası
NEWS OF BAKU UNIVERSITY
Sosial-siyasi elmlər seriyası
MÜLKİ MƏHKƏMƏ İCRAATINDA BEYNƏLXALQ STANDARTLAR
Received: 25-Jul-2024 Accepted: 12-Aug-2024 Published: 18-Sep-2024 Read PDF Download PDF
S.H.ƏZİZOVA
DOI:
Abstract
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Qanunu, Mülki Prosessual Məcəllə və digər qanunlarla yanaşı, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir [1]. Beləliklə, Avropa Şurasının Nazirlər Komitəsinin 15 üzvü tərəfindən 4 noyabr 1950-ci ildə imzalanmış və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası milli mülki prosessual qanunvericiliyinin mənbələri sırasına daxildir. Azərbaycan Respublikası tərəfindən 1950-ci il Avropa Konvensiyasını ratifikasiya etməsi, eləcə də Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasının tanınması kimi qəbul edildi. Bu isə özlüyündə insan hüquq və azadlıqlarının məhkəmə tərəfindən qorunmasının əhəmiyyətini daha da vurğulamış oldu.

Other articles

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Journal browser
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>