BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Sosial-siyasi elmlər seriyası
ETNOPEDAQOGİKANIN TƏRKİB HİSSƏLƏRİNDƏN BİRİ OLAN DASTANLARDA TƏRBİYƏ MƏSƏLƏLƏRİ
Received: 25-Aug-2025 Accepted: 22-Sep-2025 Published: 09-Oct-2025 Read PDFDownload PDF
L.N.QASIMOVA
DOI:
Abstract
Etnopedaqogika xalqın yaradıcılıq məhsulu olan folkloru tədqiq edib öyrənən elm sahəsidir. Azərbaycan xalqının çox qədim dövrlərdən başlayaraq yaranan şifahi söz sənəti ağızdan-ağıza, nəsildən-nəslə keçərək cilalanıb durulmuş və bu günədək gəlib çatmışdır. Bu sənət abidələri içərisində dastanlar da xüsusi yer tutur. Məqalədə dastanlar məzmun baxımından qruplaşdırılmış və onların hər birinin tərbiyəvi imkanları üzə çıxarılmışdır. İstər qəhrəmanlıq, istər məhəbbət, istərsə də ailə-məişət dastanları tərbiyəvi baxımından təhlil olunaraq onların mahiyyəti açıqlanmışdır. Bununla bərabər dastanın böyüyən nəslin tərbiyəsinə təsiri gündəmə gətirilmişdir. Məqalədə problemlə bağlı pedaqoqların fikirləri də izah olunmuş və ümumiləşdirilmişdir. Eyni zamanda dastanlar problem baxımından tutuşdurulmuş, oxşar cəhətləri müəyyənləşdirilmiş, onların müqayisəli təhlili verilmişdir.