Sosial-siyasi elmlər seriyası
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Sosial-siyasi elmlər seriyası
AZƏRBAYCAN RESPUBLİKASININ VƏ RUSİYA FEDERASİYASININ QANUNVERİCİLİYİNƏ GÖRƏ İŞÇİNİN İŞƏGÖTÜRƏNƏ VURDUĞU ZİYANIN ÖDƏNİLMƏSİ QAYDASININ HÜQUQİ TƏNZİMLƏNMƏSİ
Received: 15-Mar-2024 Accepted: 26-Apr-2024 Published: 27-Jun-2024 Read PDF Download PDF
N.M.HƏSƏNLİ
DOI:
Abstract
Məqalədə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə görə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi qaydasının hüquqi tənzimlənməsi ilə əlaqədar məsələlər tədqiq edilmişdir. Əmək qanunvericiliyi şəxsin məsuliyyətə cəlb edilməsi qaydasını ətraflı və dəqiq müəyyən edən bir sıra hüquq sahələrinin (məsələn, inzibati xətalar və ya cinayət-prosessual qanunvericiliyinin) normalarından işçinin vurduğu ziyanın ödənilməsi prosedurunun prosessual xüsusiyyətlərinin daha az dəqiqləşdirilməsi ilə fərqlənir. AR-in və RF-in əmək məcəllələrinin müvafiq normalarının təhlili işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı prosesin kifayət qədər konkret mərhələlərini müəyyən etməyə imkan verir. İlkin mərhələ işəgötürənə ziyanın vurulması faktı, bu ziyanın vurulduğu hallar haqqında dəqiqləşdirici məlumatların toplanması ilə müəyyən edilir. Növbəti mərhələdə işəgötürən qeyd olunan qərarı qəbul etməli və vurulmuş ziyanın məbləğinin geri qaytarılmasının sonrakı mümkün alqoritmini seçməlidir. Müvafiq əmrlə rəsmiləşdirilmiş araşdırmanın nəticələri ilə tanış olduqdan sonra işçinin ziyanı könüllü surətdə ödəmək hüququ yaranır. Bu mərhələdə işçi ziyanın könüllü surətdə ödənilməsi haqqında sazişə əsasən onu tam və ya qismən ödəyir. Daha sonra işəgötürənə vurulmuş ziyanın məbləğinin işçidən tutulması prosedurunun könüllü qaydadan məcburi qaydaya keçidin reallaşdırıldığı mərhələyə keçid baş verir. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda şəxsən (və ya nümayəndəsi vasitəsilə) maddi məsuliyyətə cəlb edilmə haqqında əmrdən şikayət verməsindən ibarət növbəti (beşinci) mərhələ başlanır (AR ƏM-in 205-ci maddəsinin 3-cü hissəsi). Üstəlik, şikayət həm işəgötürənə ərizə ilə müraciət etməklə, həm də müəyyən olunmuş qaydada məhkəməyə verilə bilər. Beləliklə, dördüncü və beşinci mərhələlərdə tutulmanın mübahisəsiz (məhkəmədənkənar) və ya məhkəmə qaydasında aparılacağı müəyyən edilir. Aşağıdakı dörd əlamətdən biri mövcud olduqda vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi həyata keçiriləcək: 1) ziyanın məbləği işçinin orta aylıq əmək haqqından çox olduqda; 2) işçinin vurulmuş ziyanı könüllü surətdə ödəməkdən imtina etməsi; 3) işəgötürənin işçidən vurulmuş ziyanın tutulması barədə müvafiq sərəncamın verilməsi üçün biraylıq müddəti (vurulmuş ziyanın məbləğinin qəti müəyyən edildiyi gündən) ötürməsi; 4) vurulan ziyanı könüllü surətdə ödəmək barədə yazılı öhdəlik götürən, lakin bu ziyanı ödəməkdən imtina edən işçinin işdən azad edilməsi (üçüncü və dördüncü əlamətlər yalnız RF əmək qanunvericiliyinə aiddir).

Digər məqalələr

SUBMIT MANUSCRIPT
Submit your manuscript and publish it with Baku State University Journals.
Submit >>
Jurnal seçimi
SIGN UP FOR EMAIL ALERTS
An email notification is an email sent to inform you about updates Baku State University Journals, like new issues, news, or scheduled events, etc.
Sign Up >>